İngiltərənin “Çelsi” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, London təmsilçisi Almaniyanın “Bayer” klubunun yarımmüdafiəçisi Kay Havertsi transfer edib.

Bu barədə Premyer Liqa nəhənginin rəsmi saytı məlumat yayıb. Almaniya millisinin də üzvü olan 21 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.

“Çelsi” Havertsin transferi üçün “Bayer”ə 72 milyon funt-sterlinq ödəyəcək. Bu isə London klubunun tarixində rekord transfer məbləğidir. “Zadəganlar”ın bundan öncəki rekordu 2018-ci ildə “Atletik”dən 71.6 milyon funt-sterlinqə transfer edilən Kepa Arrisabalaqaya aid idi.

Qeyd edək ki, Haverts yetirməsi olduğu “Bayer”də 2016-cı ildən bəri 150 rəsmi oyuna çıxıb, 46 qola imza atıb, 31 məhsuldar ötürmə müəllifi olub.

“Çelsi” sözügedən oyunçudan öncə Hakim Ziyexi (37 milyon), Timo Verneri (47.5), Ben Çiluelli (50 milyon), Tyaqo Silvanı (azad agent) və Malanq Sarrı (azad agent) da transfer etmişdi.