İngiltərənin "Çelsi" klubu Belçika təmsilçisi "Genk"in qapıçısı Mayk Pendersi transfer edib.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Belçikanın U-19 millisinin də üzvü olan futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalanıb.

Qolkiper cari mövsümü Belçika klubunda keçirəcək, gələn yaydan etibarən isə İngiltərə təmsilçisinə qoşulacaq.

Penders 2023/2024 mövsümündə 25 oyun keçirib və 42 qol buraxıb. O, üç matçda qapısını toxunulmaz saxlayıb.