"Çelsi" heyətinə yeni oyunçu cəlb edib.

Rekord.az xəbər verir ki, London klubu "Aston Villa"dan Omari Kellimanın transferini açıqlayıb.

18 yaşlı yarımmüdafiəçi ilə 6 illik müqavilə imzalanıb.

Kelliman İngiltərə U-19 millisinin üzvüdür. O, ötən mövsüm "Aston Villa"da bütün turnirlərdə 20 oyuna 8 qol vurub, 1 qol ötürməsi edib.

“Çelsi”nin müdafiəçisi Yan Matsen isə “Aston Villa”ya keçib. Holland futbolçu ötən mövsümü icarə əsasında Dortmund “Borussiya”sında keçirib.