"Çelsi"nin futbolçusu Nqolo Kante zədə səbəbindən növbəti iki oyunu buraxacaq.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Frenk Lempard məlumat verib.

O, fransalı yarımmüdafiəçinin kiçik bir əzələ zədəsi olduğunu bildirib.

Beləliklə, Kante "Morkem" və "Fulhem"lə görüşlərdə iştirak etməyəcək.

Qeyd edək ki, Kante bu mövsüm Premyer Liqada 17 matçda meydana çıxıb