“Çelsi”nin baş məşqçisi Frenk Lempard çətin duruma düşüb.

Rekord.az xəbər verir ki, Lempardı “Çelsi”nin qapıçısı Kepa Arrisabalaqo ilə bağlı vəziyyət narahat edir. Baş məşqçi tarixin ən baha qapıçısına (80 milyon avro) etibar etmir.

Kepa bu mövsüm bir neçə dəfə kobud səhvə yol verib. “Lester”lə oyunda isə yerini 38 yaşlı veteran Villi Kabaleroya təhvil verməli olub.

Lempard hələ yayda onun yerinə başqa qapıçı alınmasını istəyirdi. Amma onun bu istəyi klub rəhbərliyi ilə münaqişəyə səbəbə ola bilər.

Məsələ burasındadır ki, Kepa “Çelsi”yə komandanın direktoru Mari Qranovskinin təkidindən sonra transfer edilib. İndi qapıçının Lempardın planlarına daxil olmaması, onunla direktor arasında münaqişənin yaranmasına səbəb ola bilər.