“Çelsi” klubu heyətini yeni futbolçuyla gücləndirib.

Rekord.az xəbər verir ki, “zadəganlar” Fransanın “Renn” klubunun qapıçısı Eduard Mendini transfer edib.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 28 yaşlı seneqallı qolkiperlə 5 illik müqavilə imzalanıb.

Seneqal millisinin də formasını geyinən Eduard Mendi 2019-cu ildən "Renn"də çıxış edirdi.