![photo](https://www.rekord.az/storage/uploads/5/aksel-disasiii.jpg)
“Çelsi”dən 45 milyonluq transfer
- 04 Avq 2023 22:10
- 236
“Çelsi” növbəti transferini rəsmiləşdirib.
Rekord.az xəbər verir ki, London klubu “Monako”nun və Fransa yığmasının müdafiəçisi Aksel Disasini heyətinə qatıb.
25 yaşlı futbolçu ilə 6 illik müqavilə imzalanıb. İngiltərə nəhəngi bu transfer üçün knyazlıq təmsilçisinə 45 milyon avro ödəyib.
“Paris”in yetirməsi olan Aksel “Reyms”də də oynayıb. “Monako” onu 2020-ci ildə 13 milyon avroya transfer etmişdi. Müdafiəçi bu komandada 129 oyuna 12 qol vurub. O, Fransa yığmasında da 4 oyuna çıxıb.