İtaliyanın “Atalanta” klubu bu komandada icarə əsasında çıxış edən Mario Paşaliçin transfer hüquqlarını da alıb.

Rekord.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 

İtaliya mətbuatı bunun üçün A seriyası təmsilçisinin "Çelsi"yə 17.5 milyon avro ödədiyini yazıb.

Qeyd edək ki, Paşaliç 2018-ci ildən “Atalanta”da icarədə idi. O, bu müddət ərzində sözügedən komandada 75 oyuna çıxıb, 15 qola imza atıb, 13 məhsuldar ötürmə müəllifi olub.

“Çelsi”yə 2014-cü ildə yetirməsi olduğu “Hayduk” (Split) klubundan transfer olunan Xorvatiya yığmasının üzvü London təmsilçisində rəsmi oyun keçirməyib. O, “Atalanta”ya qədər “Elçe”, “Monako”, “Milan” və Moskva “Spartak”ında da icarədə oynayıb.