![photo](https://www.rekord.az/storage/uploads/5/f0suk6axoaeepc6.jpg)
“Çelsi”dən ayrılıb, PAOK-la müqavilə bağladı
- 11 İyl 2023 10:15
- 267
"Çelsi"nun futbolçusu Abdul Baba PAOK-a transfer olunub.
Rekord.az xəbər verir ki, bu barədə London klubunun mətbuat xidməti məlumat yayıb.
29 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılığı əsasında xitam verib. Bundan sonra müdafiəçi PAOK-a transfer olunub.
Baba 2015-ci ilin avqustundan "Çelsi"də çıxış edirdi. Ümumilikdə futbolçu 2015/2016-cı il mövsümündə klubda debüt edib və londonluların heyətində cəmi 15 oyuna çıxıb. Bundan sonra o, icarə əsasında “Şalke”, “Reyms”, “Malyorka”, PAOK və “Ridinq”də oynayıb.
2022/2023 mövsümündə qanalı müdafiəçi "Ridinq"lə bütün yarışlarda 20 oyuna çıxıb.