İngiltərənin "Çelsi" klubu hücumçu Nikolas Ceksonla yeni müqavilə imzalayıb.

Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni anlaşmanın müddəti 2033-cü ilə qədər nəzərdə tutulub.

23 yaşlı seneqallı 2023-cü ildə 37 milyon avroya İspaniyanın "Vilyarreal" klubundan transfer olunub.

Nikolas Cekson London klubunun heyətində keçirdiyi 44 oyunda 17 qol vurub və 6 məhsuldar ötürməyə imza atıb.