“Çelsi” heyətinə daha bir futbolçu cəlb edib.

Rekord.az xəbər verir ki, “zadəganlar” “Nitsa”dan Malanq Sarrı transfer edib.

Bu barədə London klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Lakin Seneqal əsilli fransalı oyunçu ilk mövsümdə təcürbə qazanması üçün icarəyə göndəriləcək.

Qeyd edək ki, “Nitsa”ın yetirməsi olan Sarr 2016-cı ildən əsas komandada çıxış edir. O, 4 mövsüm ərzində 119 matçda 3 qol vurub və eyni sayda qolun ötürməsini verib.

“Çelsi” ötən gün “Lester Siti”dən Ben Çiluelli də transfer etmişdi.