"Çelsi"nin futbolçusu Pedro London klubunu tərk etməyə yaxındır.

Rekord.az "The Atletic"ə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi "Roma"ya keçməyə qərar verib. Onun İtaliya klubu ilə 2+1 illik müqavilə ilə bağlı razılığa gəldiyi bildirilib.

Müqavilənin detallarını müzakirə etdikdən sonra ispan futbolçunun artıq mövsümün qalan hissəsində "Çelsi"də oynamaq istəmədiyi vurğulanıb.

Qeyd edək ki, Pedronun London təmsilçisi ilə müqaviləsi iyunun 30-u başa çatır.