"Çelsi" heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədi.

Rekord.az xəbər verir ki, "zadəganlar" "Yuventus"un yarımmüdafiəçisi Federiko Kyezaya "elçi düşüb".

Premyer Liqa təmsilçisi İtaliya millisinin üzvü üçün 100 milyon avroluq təklif göndərib.

Lakin "Yuventus" 23 yaşlı vingeri satmaq niyyətində deyil. Turin təmsilçisi "Çelsi"nin təklifini qəbul etməyib.

"Yuventus" Kyezanı ötən yay "Fiorentina"dan transfer edib.