“Çelsi”nin hücumçusu Pyer-Emerik Obameyanq Marsel “Olimpik”inə keçib.

Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 klubunun rəsmi saytı məlumat yayıb.

London təmsilçisindən azad agent kimi ayrılan 34 yaşlı forvard yeni klubu ilə 3 illik sözləşmə imzalayıb.

Obameyanq ötən ildən formasını geyindiyi “Çelsi”də 21 oyuna çıxıb, 3 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, karyerası ərzində “Borussiya” (Dortmund), “Arsenal”, “Sent Etyen”, “Dijon”, “Milan”, “Lill”, “Barselona”, “Monako” kimi klublarda da oynayıb, Qabon yığmasında 74 oyuna 30 qol vurub.

“Çelsi” hücumameyilli yarımmüdafiəçisi Omari Hatçinsonu da “İpsviç Taun”a icarəyə verib. 19 yaşlı vingerin qarşıdakı mövsümün sonuna kimi icarədə olacağı açıqlanıb.