"Çelsi"nin müdafiəçisi Malanq Sarr karyerasını Fransada davam etdirəcək.

Rekord.az xəbər verir ki, 25 yaşlı müdafiəçi "Lans"a keçib.

Bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

Liqa 1 təmsilçisi fransalı futbolçu ilə 2026-cı ilin iyuna kimi müqavilə imzalayıb.

Sarr 2020-ci ilin yayında "Nitsa"dan "Çelsi"yə keçmişdi.