“Çelsi”nin sabiq futbolçusu Pol Merson klubun transfer siyasətindən danışıb.

Rekord.az xəbər verir ki, Merson müdafiəçi Kurt Zumanın “Vest Hem”ə satılmasının səhv addım olduğunu bildirib.

O, bu səhvin çempionluq uğrunda mübarizədə baha başa gələ biləcəyini vurğulayıb:

“Çelsi” titula əsas namizədlərdən sayılır. Amma nədənsə Zumanı əldən buraxdılar. Əvəzində başqa müdafiəçi də almadılar.

Komanda 3 müdafiəçi ilə oynayır, ona görə də mərkəzdə Ceyms oynayacaq. Baxmayaraq ki, o, kənar müdafiəçidir.

Əgər onlar bu sistemdə 11-12 oyun keçirsələr, sonradan çətinliklər yaranacaq.

Çempionlar Liqasında həlledici oyunlar başlayanda, “Çelsi” bu səhvin ağırlığını hiss edəcək. Məhz həmin vaxt onlar Zumanın çatışmadığını başa düşəcəklər”.