"Çelsi"nin futbolçusu Joao Feliks karyerasını İtaliyada davam etdirəcək.


Rekord.az xəbər verir ki, 25 yaşlı hücumçu "Milan"a keçib.


O, cari mövsümün sonuna kimi İtaliya klubunda icarə əsasında çıxış edəcək.


Joao bu mövsüm bütün turnirlərdə 20 oyuna çıxıb, 7 qol vurub və 2 qolun ötürməsini verib. Futbolçunun "Çelsi" ilə hazırkı müqaviləsi 2030-cu ilin yayına kimi nəzərdə tutulub.


“Milan” öz futbolçusu İsmael Bennaseri də icarəyə verib. Əlcəzairli yarımmüdafiəçi Marsel “Olimpik”inə keçib.


Bennaser yeni klubunda mövsümün sonuna kimi icarə əsasında çıxış edəcək. Daha sonra isə Fransa klubu onu birədəfəlik heyətinə qatacaq. 


Bennaser 2024/2025 mövsümündə “Milan”ın heyətində meydana çıxdığı 8 rəsmi matçda 1 məhsuldar ötürmə ilə yadda qalıb.