![photo](https://www.rekord.az/storage/uploads/5/6c37658a-4f2c-3907-85b1-11b2ec012864-850.jpg)
"Çelsi"nin futbolçusu MY-də
- 05 İyl 2023 18:40
- 302
İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, "qırmızı şeytanlar" "Çelsi"dən Meyson Mauntu transfer edib.
24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. MY bu keçidə görə London klubuna 64,2 milyon avro təzminat ödəyib.
2017-ci ildən London təmsilçisinin əsas komandasına cəlb olunan 24 yaşlı yarımmüdafiəçi 129 matçda 27 qola imza atıb. Maunt 2017/2018 mövsümündə icarə əsasında Niderlandın "Vitesse" klubunda, 2018/2019 mövsümündə "Derbi"də çıxış edib.