“Çelsi” futbolçusu Ross Barklini icarəyə verib.

Rekord.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Aston Villa”ya keçib.

Bu barədə hər iki klubun mətbuat xidməti məlumat yayıb. Barkli 2020/21 mövsümünü icarə əsasında “Aston Villa”da keçirəcək.

2018-ci ilin yayından “Çelsi”də çıxış edən Barkli, bu mövsüm Premyer Liqada iki oyunda iştirak edib.