İspaniyanın “Qranada” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, La Liqa təmsilçisi “Çelsi”nin yarımmüdafiəçisi Robert Kenedini icarəyə götürüb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı braziliyalı futbolçu mövsümün sonuna qədər “Qranada”da forma geyinəcək.

“Fluminense”nin yetirməsi olan Kenedi 2015-ci ildən “Çelsi”dədir. O, London təmsilçisində möhkəmlənə bilmədiyi üçün “Uotford”, “Nyukasl” kimi klublara icarəyə göndərilib. Ötən mövsüm isə o, İspaniyanın digər təmsilçisi “Xetafe”də icarədə oynayıb.