“Çelsi”nin futbolçusu Uesli Fofana əməliyyat olunub.
Rekord.az xəbər verir ki, Premyer Liqanın 30-cu turunda “Tottenhem”lə matçda zədə alan fransalı müdafiəçi dizindən əməliyyat edilib.
Onun mövsümün qalan hissəsində meydana çıxa bilməyəcəyi açıqlanıb.
Fofana bu mövsüm Premyer Liqada 14 oyuna çıxıb.