İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Rekord.az xəbər verir ki, paytaxt təmsilçisi İngiltərənin "Çelsi" klubunun hücumçusu Temmi Abrahamı transfer edib.

İngiltərəli oyunçu ilə 5 illik müqavilə imzalanıb. "Canavarlar" 24 yaşlı forvard üçün qarşı tərəfə 40 milyon avro ödəyib. Məbləğ müxtəlif bonuslar səbəbindən arta bilər. "Zadəganlar" Abrahamın gələcək satışından da pay alacaq.

Qeyd edək ki, Temmi Abraham 2016-cı ildən "Çelsi"də çıxış edirdi. 2019-cu ilədək müxtəlif klublara icarəyə verilən hücumçu London təmsilçisinin heyətində 82 oyuna çıxıb və 30 qol vurub.