Dortmund "Borussiya"sı heyətinə yeni oyunçu cəlb edib.

Rekord.az xəbər verir ki, Almaniya klubu "Çelsi"dən Yan Matseni icarəyə götürüb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı müdafiəçi 2023/2024 mövsümünün ikinci yarısını icarə əsasında "Borussiya"da keçirəcək.

"Çelsi" Matseni 2018-ci ilin yayında PSV-dən transfer edib. O, bu mövsüm London təmsilçisinin heyətində 15 rəsmi matçda meydana çıxıb.