“Çelsi”nin qapıçısı Kepa Arrisabalaqa İspaniyanın “Real” klubuna keçib.

Rekord.az xəbər verir ki, o, bir illik icarə əsasında “kral klubu”nda forma geyinəcək.

Öncədən əsas qapıçı Tibo Kurtuanın sol diz ön çarpaz bağlarında yırtıq olduğu açıqlanıb.

Arrisabalaqa 2022/23 mövsümündə “Çelsi”nin heyətində 39 oyuna çıxıb, 45 qol buraxıb, 12 dəfə qapısını toxunulmaz saxlayıb.