“Çelsi”nin sabiq futbolçusu Macarıstan klubunda
- 19 Sen 2021 16:32
- 473
“Çelsi”nin sabiq futbolçusu Marko Marinin yeni iş yeri bilinib.
Rekord.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi “Ferentsvaroş” klubuna keçib.
Bu barədə Macarıstan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Alman futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Karyerası ərzində “Çelsi”, “Sevilya”, “Ayntaxrt (Frankfurt), “Trabzonspor” kimi klublarda forma geyinən yarımmüdafiəçinin son iş yeri Səudiyyə Ərəbistanı təmsilçisi “Əl “Əhli” olub. Marko Marin 16 dəfə də Almaniya millisinin formasını geyinib.