Niderlandın “Ayaks” klubunda ilin ən yaxşı futbolçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, sözügedən komandanın mərakeşli yarımmüdafiəçisi Hakim Ziyex növbəti dəfə “Ayaks”ın ən yaxşısı seçilib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Xəbərdə 27 yaşlı vingerin ardıcıl üçüncü dəfə ilin ən yaxşısı seçildiyi də diqqətə çatdırılıb.

2016-cı ildən “Ayaks”da forma geyinən Ziyex, bu komandada 165 oyuna çıxıb, 48 qola imza atıb. Növbəti mövsümdən isə mərakeşli futbolçu İngiltərə Premyer Liqasında mübarizə aparacaq. Belə ki, o, qışda 44 milyon avroluq təzminatla “Çelsi”yə transfer olunub. Lakin tərəflər arasındakı müqavilə yeni mövsümün startı ərəfəsində qüvvəyə minəcək.