![photo](https://www.rekord.az/storage/news/2025_02_13/6d6bcfc1_59be_3e64_9837_26688271bcba_850_1739455844.jpg)
“Çelsi”nin zədəli futbolçusu nə vaxt sıraya dönəcək?
- 18:00
- 36
"Çelsi"nin zədəli yarımmüdafiəçisi Romeo Laviyanın komandaya qoşulacağı vaxt bəlli olub.
Rekord.az xəbər verir ki, "zadəganlar"ın baş məşqçisi Entso Mareska 21 yaşlı oyunçunun martın sonunda sıraya dönəcəyini açıqlayıb.
Belçikalı futbolçu ötən ay ciddi zədə ilə üzləşib. Laviya cari mövsümdə 12 oyunda iştirak edib.