"İnter"in futbolçusu Romelu Lukaku "Çelsi"yə transfer olunmağa razılaşıb.

Rekord.az xəbər verir ki, bu barədə "The Thelegraph" məlumat yayıb. "İnter" 28 yaşlı hücumçunu London klubuna satmağa razı olsa, o, Premyer Liqa təmsilçisinə keçməyə hazırdır.

Belçikalı oyunçunun bu qərara gəlməsində onun "Çelsi"nin baş məşqçisi Tomas Tuhellə işləmək istəyi də önəmli rol oynayıb.

Qeyd edək ki, "Çelsi" Lukakuya görə "İnter"ə 120-130 milyon avroluq transfer təklifi etməyə hazırdır.