Çempion bəlli oldu, “Santos” ilk dəfə bu aqibəti yaşadı
- 07 Dek 2023 13:25
- 247
“Palmeyras” ardıcıl ikinci dəfə Braziliya çempionu olub.
Rekord.az xəbər verir ki, sözügedən komanda “Kruzeyro” ilə səfər matçında heç-heçə edərək bunu bacarıb.
Bu nəticədən sonra "Palmeyras" 70 xalla çempion adına yiyələnib. “Qremio” 68 xalla 2-ci, "Atletiko Mineyro" 66 xalla 3-cü olub.
“Palmeyras” tarixində 12-ci dəfə Braziliya çempionu olub. "Santos" isə tarixində ilk dəfə B Seriyasına düşüb.