
Çempion liderə qalib gəldi
- 20 Fev 2025 23:00
- 95
Futzal üzrə Yüksək Liqada 3-cü dövrə start götürüb.
Rekord.az xəbər verir ki, lider 11-ci turda çempionla qarşılaşıb.
“Baku Fire” - “Araz-Naxçıvan” matçının taleyini 1 qol həll edib. Roman Adamov çempiona vacib qələbə qazandırıb. Bu nəticədən sonra “Araz-Naxçıvan” rəqiblə aradakı xal fərqini birə endirib.
“Neftçi” də “Baku Fire”in büdrəməsindən istifadə edib. "Ağ-qaralar" "Şuşa"ya 7:1 hesabı ilə qalib gəliblər. Eyni nəticə U-19-la “Yasamal Bakı”nın duelində qeydə alınıb. Yığma autsayderdən güclü olub.
Baku Fire – Araz-Naxçıvan 0:1
Qol: Roman Adamov, 22:17.
Şuşa – Neftçi İK 1:7
Qollar: Rüstəm Bağırov, 16:00 - Mortoza Haydari, 7:01, 19:14, Fərid Atakişiyev, 14:26, 34:32, Abdul Qafar, 18:33, 24:12, 39:18.
U-19 – Yasamal Bakı 7:1
Qollar: Ədalət Ələkbərov, 9:53, 15:05, 37:16, Oqtay Mahmudzadə, 10:33, Rəvan Məşiyev, 12:57, Ümid Qəhrəmanov, 27:09, Rəvan Quliyev, 31:57 - Anar İsayev, 8:14.