Qadın voleybolçular arasında ölkə birinciliyində növbəti oyun baş tutub. "Rekrod.az" xəbər verir ki, Yüksək Liqanın 3-cü turu çərçivəsində "AZERRAIL" və "Murov Az Terminal" komandaları üz-üzə gəlib. 

Voleybol Mərkəzində baş tutan görüş son çempionun üstünlüyü ilə keçib. "Murov Az Terminal"ın qarşılaşmanın son setlərində ciddi müqavimətinə baxmayaraq, "AZERRAIL" qələbəni 3 setdə qazanıb. 

Bu qələbə ilə "AZERRAIL" xallarının sayını 6-ya çatdırıb və ikinci pillədə qərarlaşıb. Qeyd edək ki, turun digər oyunları dünən baş tutub. "Abşeron" klubu "Milli Aviasiya Akademiyası"nı 3:1, "Gəncə" isə "UNEC"i 3:0 hesabları ilə məğlub edib.

 

Yüksək Liqa

29 noyabr

Yüksək Liqa

III tur
   "AZERRAIL" - "Murov Az Terminal" 3:0 (25:13, 25:21, 26:24)