Xəbər verdiyimiz kimi, hazırda Naxçıvanda olan "Neftçi"nin qapıçısı Aqil Məmmədov karantin səbəbindən Bakıya dönə bilmir.

 

Rekord.az xəbər verir ki, Naxçıvandan Bakıya reyslər iyunun 18-dən bərpa olunacağından qapıçı da yalnız o tarixdə komandanın düşərgəsinə dönə biləcək.

 

Çempionatın ayın 21-də bərpa olunacağını nəzərə alsaq, Füzuli Məmmədov çərçivəni Səlahət Ağayevə etibar edəcək. Çünki komanda məşqləri bərpa edəndən Aqil bir dəfə də olsun kollektiv məşqlərdə iştirak etməyib.