"Sumqayıt" klubla müqaviləsi başa çatmış futbolçularla razılıq əldə edib.

Rekord.az-a daxil olan məlumata görə, rəhbərlik həmin futbolçulardan mövsümün qalan 8 oyununda komandaya kömək etməyi xahiş edib.

Lakin deyilib ki, maddi baxımdan sıxıntı olduğundan müddətdən artıq xidmətə görə, onlara ödəniş edilməyəcək. Futbolçular da mövsümün sonuna kimi "Sumqayıt"da təmənnasız oynamağa razılıq verib.