Voleybol üzrə Azərbaycan çempionatında 2024-cü ildəki son oyunlar keçirilib. "Rekord.az" xəbər verir ki, bu il qadınların Yüksək Liqasında dörd,  kişilərdə isə üç tur baş tutub. Dünən keçirilən qarşılaşmalardan sonra isə turnir cədvəllərindəki son vəziyyət bəlli olub. 

Kişilərin Yüksək Liqasında "Murov Az Terminal" və "Xilasedici" klubları keçirdikləri hər üç oyunda qələbə qazanmaqla 9 xal toplayıblar. Lider isə set fərqinə görə müəyyənləşib. Belə ki,  heç bir rəqibinə set verməyən "Murov Az Terminal" ili lider kimi başa vurub. "Xilasedici" 9 xalla ikinci, "Neftçi" 5 xalla üçüncü, "AZERRAIL" 4 xalla dördüncü, xalları olmayan "Gənclər" və MOİK beşinci və altıncı yerlərdədirlər. 

Qadınların yarışında isə mübarizə daha gərgin keçib. "Abşeron" hər dörd oyunda qələbə qazanıb, lakin bir xal itirib.  Komanda 11 xalla turnir cədvəlində liderliyi ələ alıb. "AZERRAIL" 8 xalla ikinci, "Gəncə"  7 xalla üçüncü, "Milli Aviasiya Akademiyası" 6 xalla dördüncü, "Murov Az Terminal" 4 xalla beşinci, xalı olmayan UNEC isə altıncı pillədədir. 

Qeyd edək ki, ölkə çempionatında yeni illə əlaqədar fasilə yaranıb. Oyunlar 2025-ci il yanvar ayının əvvəllərində yenidən start götürəcək.


Kişilərin Yüksək Liqasının turnir cədvəli:

1. “Murov Az Terminal” - 3 oyun, 3 qələbə, 0 məğlubiyyət, 9:0 set, 9 xal;
2. “Xilasedici” - 3 oyun, 3 qələbə, 0 məğlubiyyət, 9:1 set, 9 xal;
3. “Neftçi” - 3 oyun, 2 qələbə, 1 məğlubiyyət, 6:5 set, 5 xal;
4. “AZERRAIL” - 3 oyun, 1 qələbə, 2 məğlubiyyət, 6:6 set, 4 xal;
5. “Gənclər” - 3 oyun, 0 qələbə, 3 məğlubiyyət, 0:9 set, 0 xal;
6. MOİK- 3 oyun, 0 qələbə, 3 məğlubiyyət, 0:9 set, 0 xal;

Qadınların Yüksək Liqasının turnir cədvəli:

1. “Abşeron” - 4 oyun, 4 qələbə, 0 məğlub, 12:3 set, 11 xal;
2. “AZERRAIL”- 4 oyun, 3 qələbə, 1 məğlub, 10:5 set, 8 xal;
3. “Gəncə” - 4 oyun, 2 qələbə, 2 məğlub, 8:6 set, 7 xal;
4. “Milli Aviasiya Akademiyası” - 4 oyun, 2 qələbə, 2 məğlub, 8:9 set, 3 xal;
5. “Murov Az Terminal” - 4 oyun, 1 qələbə, 3 məğlub, 6:9 set, 4 xal;
6. UNEC - 4 oyun, 0 qələbə, 4 məğlub, 0:12 set, 0 xal;