Çempionatda növbəti oyun baş tutub
- 22 Noy 2023 23:15
- 257
Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyun keçirilib. "Rekord.az" xəbər verir ki, Voleybol Mərkəzində baş tutan qarşılaşmada MOİK son ölkə çempionatının bürünc medalçısı “Neftçi” ilə üz-üzə gəlib.
Matçın qalibi 3 setdə bəlli olub. Pərviz Səmədovun rəhbərlik etdiyi “Neftçi” daha dəqiq oynayıb və 3:0 hesablı qələbə ilə çempionatda ilk xallarını qazanıb.
Yüksək Liqa
22 noyabr
MOİK - “Neftçi” 0:3 (11:25, 13:25, 15:25)