Peşəkar Futbol Liqasının Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev İTV-də yayımlanan “Bol idman” verilişinin qonağı olub.

Rekord.az xəbər verir ki, verilişdə Avropanın Peşəkar Futbol Liqalarının nümayəndələrinin iştirakı ilə aprelin 3-də keçirilən video konfransı müzakirə olunub. Eyni zamanda koronavirus səbəbindən dayandırılan Azərbaycan Premyer Liqasının taleyi ilə bağlı da danışılıb.