Çempionatın bir matçı təxirə salındı
- 11 Yan 2023 16:29
- 424
Qadın voleybolçular arasında ölkə birinciliyində keçirilməsi nəzərdə tutulan bir matç təxirə salınıb. "Rekord.az" xəbər verir ki, buna səbəb oyunçuların xəstələnməsidir.
Bununla bağlı "UNEC" voleybol klubunun rəhbərliyi Azərbaycan Voleybol Federasiyasına müraciət ünvanlayıb. Müraciətdə komandanın 8 oyunçusu qrip və yüksək hərarətdən əziyyət çəkdiyi bildirilib. Həmin oyunçuların hazırda həkim nəzarətində müalicə olunduqlarını vurğulayan komanda rəhbərliyi yanvarın 13-də "Murov" klubu ilə keçirilməsi nəzərdə tutulan qarşılaşmanın başqa tarixə təyin olunmasını xahiş edib.
AVF rəhbərliyi yaranmış vəziyyəti nəzərə alaraq "Murov" - "UNEC" qarşılaşmasının təxirə salınmasını qərara alıb. Həmin matçın tarixi və keçirilmə yeri ilə bağlı əlavə məlumat veriləcək.
Beləliklə, yanvarın 13-də yalnız "Azərreyl" - "Abşeron" qarşılaşması keçiriləcək. Həmin oyun saat 16:00-da start götürəcək.