Misli Premyer Liqasının 28-ci turunda "Zirə" doğma meydanda "Şamaxı"nı 3:0 hesabı ilə məğlub edib.


Rekord.az xəbər verir ki, “Şamaxı”nın məşqçisi Elnur Çodarov  “Zirə” ilə səfər oyunundan sonra keçirilmiş mətbuat konfransında bunları açıqlayıb:


“Öncə hamını bayram münasibətilə təbrik edirəm. Çempionatın ən sərt komandasına qarşı oynadıq. Çalışdıq nəsə edək, alınmadı. Hücumçumuz Maykl Tuik son anda özünü nasaz hiss etdi. Ona görə də, bu oyuna itki ilə gəldik. 1-ci hissədə Vladislav Veremeyevin zədələnməsi, Leroy Mikelsin oyuna tam hazır olmaması planlarımızı pozdu. 2-ci hissəyə yaxşı başlamadıq. Sadə səhvlərdən qollar buraxdıq. Dəyişiklik etmək istədik, amma alınmadı. "Zirə"ni təbrik edirəm".