Qadın voleybolçular arasında Azərbaycan çempionatında IX turun oyunları keçirilib.  "Rekord az" xəbər verir ki, hər üç görüş Bakıda baş tutub.

Turun ilk qarşılaşması UNEC VK-nın idman zalında UNEC və “Gəncə” komandaları arasında olub. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb. 

Turun digər qarşılaşmaları isə GİN-in Voleybol Mərkəzində təşkil olunub. Burada “AZERRAIL” komandası “Abşeron”la, “Murov Az Terminal” klubu isə “Milli Aviasiya Akademiyası” ilə üz-üzə gəlib. 

“AZERRAIL” - “Abşeron” oyununda qalib 4 setdə müəyyən olunub. “Abşeron” rəqibini 3:1 hesabı ilə məğlub edib. 

Günün və turun son qarşılaşmasında isə “Milli Aviasiya Akademiyası” 3:0 hesabı qələbə qazanıb. 

Qeyd edək ki, qadın voleybolçuların Yüksək Liqasında növbəti tur fevralın 11-də keçiriləcək.


Yüksək Liqa 

IX tur

4 fevral

   UNEC - “Gəncə” 0:3 (14:25, 17:25, 12:25)

   “AZERRAIL” - “Abşeron” 1:3 (25:15, 20:25, 19:25, 14:25)

   “Murov Az Terminal” - “Milli Aviasiya Akadekiyası” 0:3 (17:25, 17:25, 15:25)