Çempionlar Liqası matçının məkanı dəyişdirildi - koronavirusa görə
- 30 Mar 2021 18:48
- 545
Futbol üzrə UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək “Portu” – “Çelsi” matçının yeri dəyişdirilib.
Rekord.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə Portuqaliya və İngiltərə klubları arasındakı matçın İspaniyada baş tutacağı diqqətə çatdırılıb. Maraqlıdır ki, bu komandalar arasındakı cavab qarşılaşması – yəni “Çelsi” – “Portu” görüşünə də İspaniya evsahibliyi edəcək. Qarşılaşmalar koronavirus pandemiyası səbəbindən Sevilya şəhərindəki “Ramon Sançes Pisxuan” stadionunda keçiriləcək.
Qeyd edək ki, ilk oyun aprelin 7-də, cavab qarşılaşması isə aprelin 13-də gerçəkləşəcək. Hər iki matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.