UEFA futbol üzrə Çempionlar Liqası və Avropa Liqasının oyunlarını dayandırıb.

Rekord.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Xəbərdə, dünyada geniş yayılan koronavirus pandemiyasına görə ÇL və AL-in növbəti həftə üçün nəzərdə tutulan görüşlərinin ləğv olunduğu bildirilib.

Çempionlar Liqasının və Avropa Liqasının 1/4 final mərhələsinin püşkatma mərasimləri də ləğv olunub.