Bu gün UEFA Çempionlar Liqasında yeni mövsümün 1-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.

Rekord.az xəbər verir ki, ilk oyun günündə yeddi qarşılaşma keçirilib.

Macarıstanın “Ferentsvaroş” komandası Kosovo təmsilçisi “Priştina”nı qəbul edib və darmadağına sevinib. Rumıniyanın ÇFR komandası isə Bosniya və Herseqovina “Borats”ı ilə ev oyunundan inamlı qələbə ilə ayrılıb.

Azərbaycanın turnirdəki təmsilçisi “Neftçi” ilk oyununa sabah çıxacaq. “Ağ-qaralar” Gürcüstan səfərində Tbilisi “Dinamo”su ilə qarşılaşacaq.

Azərbaycanlı hücumçu Mahir Emrelinin çıxış etdiyi “Legiya” da ilk matçını sabah keçirəcək. Polşa təmsilçisi səfərdə Norveçin “Bude-Qlimt” komandasının qonağı olacaq.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları

6 iyul

Ferentsvaroş (Macarıstan) – Priştina (Kosovo) 3:0

Flora (Estoniya) – Hamrun Spartans (Malta) 2:0

HİK (Finlandiya) – Buduçnost (Monteneqro) 3:1

ÇFR (Rumıniya) – Borats (Bosniya və Herseqovina) 3:1

Jalgiris (Vilnüs, Litva) – Linfild (Şimali İrlandiya) 3:1

Fola (Lüksemburq) – Linkoln (Cəbəllütariq) 2:2

Şkendiya (Şimali Makedoniya) – Mura (Sloveniya) 0:1

7 iyul

20:00 Dinamo (Tbilisi, Gürcüstan) – Neftçi (Azərbaycan)
20:00 Bude-Qlimt (Norveç) – Legiya (Polşa)
20:30 Slovan (Slovakiya) – Şemrok Rovers (İrlandiya)
21:00 Dinamo (Zaqreb, Xorvatiya) – Valyur (İslandiya)
21:00 Ludoqorets (Bolqarıstan) – Şaxtyor (Belarus)
21:00 Makkabi (Hayfa, İsrail) – Kayrat (Qazaxıstan)
21:00 Malmö (İsveç) – Riqa (Latviya)
21:00 Teuta (Albaniya) – Şerif (Moldova)
22:00 Konnah (Uels) – Alaşkert (Ermənistan)