Futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

Rekord.az xəbər verir ki, “Real”ın yarımmüdafiəçisi Luka Modriç həftənin ən yaxşısı seçilib.

Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb. Modriç komandasının İtaliyanın “Atalanta” klubunu 3:1 hesabıyla məğlub etdiyi oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.

ÇL-də həftənin ən yaxşı futbolçusu adına Kevin De Breyne (Mançester Siti), Yozua Kimmix (Bavariya) və Nqolo Kante (Çelsi) də namizəd idi.