Çempionlar Liqasında həftənin rəmzi komandası
- 26 Noy 2020 19:00
- 560
Futbol üzrə UEFA Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
Rekord.az qurumun saytına istinadən xəbər verir ki, rəmzi heyətdə Almaniyanın “Borussiya” (Münhenqladbax) klubundan 3 futbolçu yer alıb:
Qapıçı: Gilyerme Marinato (“Lokomotiv”, Moskva);
Müdafiəçilər: Niko Elvedi, Oskar Vendt (hər ikisi “Borussiya”, Münhenqladbax), Zaidu Sanusi (“Portu”), Serjinyo Dest (“Barselona”), Robin Qosens (“Atalanta”);
Yarımmüdafiəçilər: Lars Ştindl (“Borussiya”, Münhenqladbax), Kinqsli Koman (“Bavariya”), Bruno Fernandes (“Mançester Yunayted”);
Hücumçular: Çiro İmmobile (“Latsio”), Martin Breytveyt (“Barselona”).