UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.

Rekord.az turnirin rəsmi saytına istinadən xəbər verir ki, rəmzi heyətdə “Tottenhem”i 3:0 hesabıyla məğlub edən “Leyptsiq”dən 5 futbolçu yer alıb:

Qapıçı: Peter Qulaçi (“Leyptsiq”);

Müdafiəçilər: Xuan Bernat (PSJ), Anxelino, Dayo Upamekano, Lukas Klosterman (hər üçü “Leyptsiq”);

Yarımmüdafiəçilər: Markos Lorente (“Atletiko”), Marsel Sabitser (“Lepytisq”), Ferran Torres (“Valensiya”), Yosip İliçiç (“Atalanta”);

Hücumçular: Kevin Qameyro (“Valensiya”), Alvaro Morata (“Atletiko”).