![photo](https://www.rekord.az/storage/uploads/4/klopp-12.jpg)
Çempionlar Liqasında ilk dəfə - Bir ölkədən 4 məşqçi
- 19 Mar 2021 10:25
- 564
Çempionlar Liqasında 1/8 final mərhələsinin bütün oyunları yekunlaşıb.
Rekord.az xəbər verir ki, 1/4 finalın bütün iştirakçıları məlum olduqdan sonra turnirin tarixində unikal göstərici qeydə alınıb.
İlk dəfə olaraq 1/4 final mərhələsində bir ölkənin 4 məşqçisi iştirak edəcək.
Onlar hamısı alman mütəxəssislərdir: Edin Terziç (“Borussiya” Dortmund), Yurgen Klopp (“Liverpul”), Tomas Tuxel (“Çelsi”), Hans-Diter Flik (“Bavriya”).
1/4 final mərhələsinin püşkü martın 19-da atılacaq.