Çempionlar Liqasında pley-offun püşkü atıldı
- 01 Sen 2020 14:25
- 631
Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb.
Rekord.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
UEFA-nın mənzil-qərargahındakı tədbirdə pley-offun 6 cütü müəyyənləşib. Bunlardan dördü Çempionlar, ikisi Liqa yolunun cütləridir. Azərbaycan çempionu “Qarabağ”ın Norveç “Molde”si ilə təşkil etdiyi cütün mümkün rəqibi də bəlli olub.
Qeyd edək ki, əvvəlki mərhələlərdən fərqli, iki matçdan ibarət pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.
UEFA Çempionlar Liqası
Pley-off
Çempionlar yolu
Slaviya (Çexiya) - Midtyulland (Danimarka)/Yanq Boyz (İsveçrə) cütünün qalibi
Makkabi (Təl-Əviv, İsrail)/Dinamo (Belarus) cütünün qalibi - Zalsburq (Avstriya)
Olimpiakos (Yunanıstan) - Omoniya (Kipr)/Srvena Zvezda (Serbiya) cütünün qalibi
Qarabağ (Azərbaycan)/Molde (Norveç) cütünün qalibi - Ferentsvaroş (Macarıstan)/Dinamo (Xorvatiya) cütünün qalibi
Liqa yolu
Krasnodar (Rusiya) – PAOK (Yunanıstan)/Benfika (Portuqaliya) cütünün qalibi
Gent (Belçika)/Rapid (Avstriya) cütünün qalibi - Dinamo (Ukrayna)/Alkmaar (Niderland) cütünün qalibi