Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə yekun vurulub.

Rekord.az xəbər verir ki, bu raundun son oyununda İngiltərənin "Mançester Siti" klubu ilə Lion “Olimpik”i (Fransa) ilə qarşılaşıb. 

Portuqaliyanın Lissabon şəhərindəki “Joze Alvalade” stadionunda baş tutan oyunda qapılara dörd qol vurulub. Gözlənilməz məğlubiyyətlə üzləşən “Mançester Siti” də yarımfinala çıxa bilməyib.

Beləcə, növbəti mərhələdə "Barselona"nı (İspaniya) 8:2 hesabı ilə darmadağın edən Almaniya "Bavariya"sına “Olimpik” rəqib olub.

Qeyd edək ki, yarımfinalın digər oyununda isə PSJ (Fransa) və "Leyptsiq" (Almaniya) komandaları qarşılaşacaq. Oyunlar 18 - 19 avqust tarixlərində keçiriləcək.


UEFA Çempionlar Liqası
1/4 final

13 avqust

“Mançester Siti” (İngiltərə) – “Olimpik” (Lion, Fransa) 1:3
Qollar: De Breyne, 69 – Korne, 24. Dembele, 79; 87.
Portuqaliya, Lissabon. “Joze Alvalade” stadionu.