Almaniyanın "Bavariya" klubu UEFA Çempionlar Liqasında rekord müəyyənləşdirib. 

Rekord.az xəbər verir ki, Hansi Flikin baş məşqçi olduğu kollektiv bu mövsüm 11 oyununun hamısını qələbə ilə başa vurub.

Finalda Fransa PSJ-sinə 1:0 hesabı ilə qalib gələn Münhen təmsilçisi 2013-cü ildə özünün müəyyənləşdirdiyi 10 matçlıq qalibiyyət rekordunu yeniləyib. Həmin vaxt "Bavariya" belə bir seriyanı Yupp Haynkes və Xosep Qvardiolanın rəhbərliyi ilə yaxalamışdı. 

10 oyunluq qələbə seriyasını həm də İspaniyanın “Real” klubu 2014/15 mövsümündə Karlo Ançelottinin baş məşqçiliyi dövründə əldə edib.