Çempionlar Liqasının keçiriləcəyi şəhərdə karantin
- 03 İyl 2020 16:21
- 575
Çempionlar Liqasında bu mövsüm "səkkizlər finalı"ının keçiriləcəyi Portuqaliyanın paytaxtı Lissabonda yenidən karantin rejimi tətbiq olunub.
Rekord.az xəbər verir ki, bu qərar koronavirus pandemiyasının artmasından sonra verilib.
19 bölgədə yaşayan 700 min insanın yalnız işə getmək və ehtiyaclarını qarşılamaq üçün evdən çıxa biləcəyi vurğulanıb. Portuqaliyada hazırda koronavirusda ölənlərin sayı 1500, yoluxanlar isə 42 mindən çox insandır.
ÇL-də "səkkizlər finalı 12-23 avqust tarixlərində Lissabonda keçirilməlidir. Karantin qərarından sonra turnirin gələcəyi ilə bağlı yeni qərar verilib-verilməyəcəyi bilinmir.